Reklam
NVIDIA-nın yeni neyron şəbəkəsi adi fotolar əsasında realistik 3D fotolar yarada bilir (VİDEO)

NVIDIA-nın yeni neyron şəbəkəsi adi fotolar əsasında realistik 3D fotolar yarada bilir (VİDEO)

Texnologiya
25.07.2022 PAYLAŞIM

    NVIDIA şirkəti Stenford Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində EG3D adlı yeni neyron şəbəkəsi yaradıb. Sözügedən neyron şəbəkəsi ikiölçülü adi təsvirlər əsasında realistik üçölçülü təsvirlər yarada bilir. Məlumata əsasən yaradılmış bu alqoritm mövcud olan digər analoqları həm sürət həm də dəqiqlik baxımından geridə qoyur və bununla yanaşı öz işi üçün o qədər də güclü kompüter tələb etmir. EG3D adlı neyron şəbəkəsi adi insanların, məşhur şəxslərin və hətta heyvanların üzlərini detallı şəkildə yarada bilir.


    Onun generasiya etdiyi 3D obyektlər bütün perimetr üzrə düzgün həndəsi özəlliklərə sahibdirlər. Lakin alqoritm tərəfindən yaradılan 3D obyektləri oyunlarda və buna bənzər digər layihələrdə hələ istifadə etmək mümkün deyil. Belə ki, alqoritmin yaratdığı obyektləri standart üsullarla redaktə etmək və ya onlara hansısa əlavələri yerləşdirmək çox qəliz məsələdir. Bununla belə mütəxəssislər bu cür proseslərin optimizasiyası üzərində artıq çalışırlar. Sözügedən neyron şəbəkəsini istənilən şəxs yoxlaya bilər. Bunun üçün müəyyən tələblərə uyan videokarta sahib olmaq lazım gələcək. NVIDIA şirkəti EG3D-nin mənbə kodunu və ondan istifadə təlimatını təqdim edib. Onlara bu linkdən nəzər yetirmək olar.

EG3D

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin qarışıq reallıq cihazı haqqında yeni məlumatlar..

Analitikin sözlərinə əsasən şirkət il ərzində 1.5 milyon ədəd qarışıq reallıq cihazını satışa çıxart..


Apple M2 və M2 Pro prosessorlu Mac mini üzərində çalışır

Bloomberg saytının jurnalisti Mark Gurman Apple şirkətinin yeni Mac mini kompüteri barəsində məlumat..


Nothing şirkəti yeni məhsullarına işarə edən video təqdim edib (VİDEO)

Nothing şirkəti öz Youtube kanalında “What’s after Phone (1)?” adlı video təqdim edib.


Tesla Optimus robotunun əllərinin əks olunduğu tizer foto təqdim edilib

Tesla AI Day Part 2 tədbirinin keçirilməsinə az müddət qalmış şirkət insana bənzər Tesla Optimus adl..


BMW i4 eDrive35 adlı yeni elektromobilini təqdim edib - QİYMƏTİ

BMW şirkətinin ABŞ şöbəsi elektrikli i4 eDrive35 2023 sedanını təqdim edib.


OnePlus Nord Buds CE adlı yeni büdcəli naqilsiz qulaqlıqlar təqdim edilib - QİYM..

Artıq sabah OnePlus şirkəti OnePlus 10T flaqman smartfonunu təqdim edəcək. Lakin ondan öncə şirkət N..

×