main-post-cover

    NVIDIA və Microsoft birgə şəkildə bulud superkompüteri yaradacaqlar

    Elm & Texnologiya
    18.11.2022
    Farid Pardashunas
        NVIDIA Microsoft şirkətləri birgə şəkildə bulud superkompüterinin yaradılması layihəsini elan ediblər. Yaradılacaq bulud superkompüteri süni zəka alqoritmləri ilə çalışmaq üçün nəzərdə tutulacaq. Sözügedən layihənin reallaşdırılması üçün şirkətlər öz aparıcı texnologiyalarından istifadə edəcəklər. Şirkətlər arasında olacaq uzunmüddətli əməkdaşlıq çərçivəsində Microsoft Azure bulud platformasından, NVIDIA-nın A100H100 qrafik prosessorları əsasında olan hesablama sürətləndiricilərindən, NVIDIA AI Enterprise proqram təminatı platformasından və Quantum-2 InfiniBand adlı şəbəkə sviçlərindən istifadə ediləcək.
        Bütün bunlar süni zəka sistemləri ilə çalışmaq üçün nəzərdə tutulmuş hamıya əlçatan bulud superkompüterini yaratmağa imkan verəcəklər. NVIDIA qeyd edib ki, Microsoft Azure məlumatların sürətli emalı və modelləşdirilməsi üçün Quantum-2 InfiniBand platformasından istifadə edəcək ilk təmsilçi olacaq. NVIDIA-nın A100 və H100 adlı yüksək sürətli qrafik prosessorları müxtəlif tətbiqi tapşırıqların həll edilməsində istifadə ediləcək. Bura həmçinin elm və istehsalat sahələri də daxil olacaqlar. Tədqiqat üzrə təşkilatlar və kommersiya məqsədli müəssisələr süni zəka üçün lazımi resurslara ehtiyac duyduqları zaman Microsoft şirkətinin virtual texnologiyalarından istifadə edə biləcəklər. NVIDIA əlavə olaraq bildirib ki, Microsoft Azure süni zəka vasitəsilə müxtəlif növ kontentlərin generasiya edilməsi imkanını da əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər