
NVIDA şirkətinin CEO-nun fikrincə bazarda ayrıca süni zəka çiplərinə ehtiyac yoxdur
Elm & Texnologiya
16.02.2024
Emil
NVIDIA şirkətinin CEO-su Jensen Huang OpenAI şirkətinin CEO-su Sam Altman-ın süni zəka çiplərinin istehsalı üçün 5-7 trilyon dollar investisiyanın cəlb edilməsi istəyini tənqid edib. Sam Altman-ın süni zəka çiplərinin istehsalı üçün 5-7 trilyon dollar vəsaitin lazım olduğu fikiri olduqca təəccüblü səslənir. Belə ki, dünyanın bütün yarımkeçirici istehsalı sənayesinin hal-hazırda təqribi bazar dəyəri 1 trilyon dollar səviyyəsində qiymətləndirilir.
Jensen Huang-ın fikrincə təkcə süni zəka üçün alternativ yarımkeçirici istehsalı zəncirlərinin formalaşdırılması yolunda böyük məbləğlərin cəlb edilməsinə ehtiyac yoxdur. Huang əmindir ki, yarımkeçiricilər sahəsi sadəcə olaraq qrafik prosessorların arxitekturalarında innovasiyaların reallaşdırılmasına davam etməlidir. Məhz bu üsulla qrafik prosessorların performans göstəricilərini artırmaq olar. Onun sözlərinə əsasən son onilliklərdə NVIDIA şirkəti süni zəka tapşırıqlarının yerinə yetirilməsi mövzusunda performans göstəricilərini 1 milyon dəfə artıra bilib.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
