NVIDIA büdcəli GeForce RTX 5050 videokartını təqdim etməyə hazırlaşır
Elm & Texnologiya
11.06.2025
İnsayderlərin vermiş olduqları məlumata əsasən NVIDIA şirkəti öz yeni videokartını təqdim etməyə hazırlaşır. Söhbət, GeForce RTX 5050-dən gedir. Məlumatda qeyd edilib ki, sözügedən videokart artıq gələn ay təqdim olunacaq. İnsayderlər bildiriblər ki, RTX 5050 videokartı NVIDIA-nın Blackwell arxitekturası əsasında hazırlanmış ən büdcəli yeni nəsil videokartı olacaq. İlkin məlumatlara inansaq, RTX 5050 videokartı GDDR7 standartlı 8 GB-lıq VRAM-ı əldə edəcək.
Nəzərə alsaq ki, NVIDIA keçən nəsildə (Lovelace) stolüstü kompüterlər üçün RTX 4050 videokartını təqdim etmədi, RTX 5050 bahalı olmayan videokartlar seriyasındakı bu boşluğu doldura bilər. RTX 5050-nin texniki imkanları barəsində dəqiq bir məlumat yoxdur. Bəzi məlumat sızıntılarına əsasən sözügedən videokart PCle 5.0 interfeysi üzərindən çalışacaq və onun enerji sərfiyyatı 145 vatt təşkil edəcək. Gözləntilərə əsasən daha sonra NVIDIA bu videokartın noutbuklar üçün nəzərdə tutulmuş versiyasını da təqdim edəcək.
nvidia geforce rtx 50
nvidia geforce rtx 50 series
nvidia geforce rtx 5050
geforce rtx 5050
nvidia
nvidia geforce rtx
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...