Nvidia, DLSS 2.0 texnologiyasını təqdim etdi: Oyunlarda performans artacaq

Nvidia, DLSS 2.0 texnologiyasını təqdim etdi: Oyunlarda performans artacaq

Texnologiya
25.03.2020 PAYLAŞIM

        Nvidia, keçirdiyi media konfransında DLSS 2.0 texnologiyasını təqdim etdi. RTX 2000 videokartlarında DLSS texnologiyası oyunlarda süni zəka ilə dərin öyrənmənin (Deep Learning) birliktə işləyərək görüntü keyfiyyətini artırmasına imkan yaradırdı. İlk versiya olan DLSS 1.0, ekran ölçüləri aşağı olan komputerlərdə çox da yaxşı performans vermirdi.

DLSS 2.0 texnologiyası, Süni Zəka ilə Dərin Öyrənmənin birliktə işləyərək daha üstün görüntü keyfiyyətinin ortaya çıxmasını mümkün edir.

Bənzər xəbər


        Nvidia tərəfindən açıqlanan DLSS 2.0 texnologiyasının gətirdiyi yeniliklər bunlardır:

  • Yüksək görüntü keyfiyyəti: DLSS 2.0, piksellərin sadəcə yarısını istifadə edərək daha təbii görüntülər ortaya çıxara bilir. Həmçinin piksellər arası keçidləri daha kəskin hala gətirən yeniləmə texnologiyası da bura daxildir.

  • Özəlləşdirilə bilən seçimlər: DLSS 2.0 ilə istifadəçilərə 3 seçim veriləcək: Balans modu, Performans modu və Yüksək Keyfiyyət modu. Performans modunda 4x dəfə yüksək piksel keyfiyyətinə çatmaq mümkün olacaq.

  • Bütün RTX videokart dəstəyi və piksel keyfiyyətinin yüksəldilməsi: Yeni Süni Zəka hesabına RTX videokartlarda olan Tensor nüvələri daha sürətli və performanslı işləyəcək. Həmçinin ilk versiyaya nəzərən 2 dəfədən daha çox performans artışı olacaq.

        Qısaca Süni Zəkanın inkişaf etdirilməsi hesabına oyunlarda qrafika keyfiyyəti 2 qat daha yaxşı ola biləcək. Nvidia, son illərdə Deep Learning AI sahələrində çox yaxşı işlər ortaya qoyur. Şirkət Süni Zəka həlləri ilə oyun sektorundan başqa sektorlarda da fəaliyyətinə davam edir.

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Vivo şirkəti FlashCharge adlı 120 vatt gücündə sürətli şarj texnologiyasını təqd..

Vivo şirkəti iQOO brendi altında yeni sürətli şarj texnologiyasını təqdim edib. Yeni texnologiya Fla..


Apple şirkəti AR eynəklərin hazırlanmasında yeni mərhələyə keçid edib

Apple və Foxconn şirkətləri birgə artırılmış reallıq cihazının yaradılması məsələsində əsas məqama ç..


Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər

Sızdırılan yeni patentə görə Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər...


Elon Musk: 'Neuralink-in yeni neyrointerfeysi möhtəşəmdir' - Şirkətin növbəti tə..

Elon Musk-ın beyin implantlarının hazırlanması ilə məşğul olan gizli Neuralink şirkəti gələn ay təqd..


Intel yeni Thunderbolt 4 protokolunu təqdim etdi: Komputerlərə 8K ekran dəstəyi ..

Intel şirkəti Thunderbolt portu üçün yeni Thunderbolt 4 protokolunu təqdim etdi.


5G şəbəkəsinin canlı orqanizmə ciddi təsir edib-etməməsi üzrə tədqiqat aparılıb..

Mütəxəssislər arasında 5G mobil şəbəkəsinin təhlükəsizliyi barəsində yekun bir fikir hələ də yoxdur...

×