Logo
    main-post-cover

    NVIDIA ən büdcəli videokartı GeForce RTX 5050-ni təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    25.06.2025
    Emil
         NVIDIA şirkəti GeForce RTX 50 videokart seriyasının ən büdcəli modelini təqdim edib. Söhbət, GeForce RTX 5050-dən gedir. Şirkətin bu yeni videokartı Blackwell arxitekturası əsasında hazırlanıb və o özündə GDDR6 standartlı 8 GB VRAM ilə 2560 ədəd CUDA nüvəsini birləşdirir. Müqayisə üçün qeyd etmək lazımdır ki, RTX 5060 modeli 3840 ədəd CUDA nüvəsinə sahibdir. Yeni RTX 5050-nin Boost rejimdə çalışma tezliyi 2.57 GHz, enerji sərfiyyatı isə 130 vatt təşkil edir. Sözügedən videokart NVIDIA-nın ray tracing DLSS 4.0 texnologiyalarını dəstəkləyir. Nəticədə RTX 5050 ucuz qiymətə gaming videokartına sahib olmaq istəyən istifadəçilər üçün ideal seçimdir. Videokart gələn ayın sonunda satışa çıxacaq və onun qiyməti 249$ təşkil edəcək. Müəyyən müddətdən sonra isə şirkət onun noutbuklar üçün nəzərdə tutulmuş versiyasını da təqdim etməlidir.
    Paylaş