
NVIDIA GeForce RTX 40 seriyasının iki videokartının istehsalını dayandırır
Texnologiya
17.11.2023
Emil Noisy
Çinin kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən NVIDIA şirkəti GeForce RTX 40 videokart seriyasının 1 il bundan öncə təqdim etmiş olduğu iki modelinin istehsalını dayandırmaq üzrədir. Bundan əlavə olaraq istehsalı dayandırılacaq videokartların şirkət tərəfindən hansı həllərlə əvəzlənəcəkləri də məlumatda qeyd edilib. Beləliklə verilmiş məlumata əsasən GeForce RTX 4070 Ti və RTX 4080 videokartları istehsalı dayandırılmış videokartlar siyahısına daxil olublar. Bu isə o deməkdir ki, sözügedən videokartlar üçün nəzərdə tutulmuş komponentlər artıq istehsal olunmayacaq. İnsayderlər güman edirlər ki, NVIDIA istehsalı dayandırılmış bu videokartları RTX 4070 Ti SUPER və RTX 4080 SUPER videokartları ilə əvəz edəcək. Qeyd etmək lazımdır ki, adları sadalanmış videokartların yanvar ayında təqdim olunacaqları gözlənilir.
Linki kopyala
Həftənin xəbərləri

