
NVIDIA GeForce RTX 40 Super videokart seriyasını təqdim edəcək
Elm & Texnologiya
18.10.2023
Emil
İnsayderlərin vermiş olduqları məlumata əsasən NVIDIA şirkəti GeForce RTX 40 Super videokart seriyasını təqdim edəcək. Bu yeni seriyaya daxil olacaq 3 videokartın adları da açıqlanıb. Gözləntilərə əsasən yeni videokartlar yaxın aylar ərzində təqdim olunacaqlar. Məlumata əsasən yeni videokart seriyasına GeForce RTX 4080 SUPER, RTX 4070 Ti SUPER və RTX 4070 SUPER adlı videokartlar daxil olacaqlar. Sözügedən videokartların texniki göstəriciləri və nə zaman təqdim oluanacaqları bilinmir. Lakin ehtimal var ki, NVIDIA bu videokartları yanvar ayında keçiriləcək CES 2024 sərgisində təqdim etsin.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
