
NVIDIA GeForce RTX 40 SUPER videokart seriyasının nə zaman təqdim olunacağı məlum olub
Elm & Texnologiya
13.11.2023
Emil
Gələn ilin 9 yanvar tarixindən 12 yanvar tarixinədək Las-Veqasda CES 2024 sərgisi keçiriləcək. Məlum olub ki, NVIDIA şirkəti sərginin başlamasından bir gün qabaq öz konfransını keçirəcək. Gözləntilərə əsasən baş tutacaq konfrans çərçivəsində şirkət GeForce RTX 40 SUPER videokart seriyasını təqdim edəcək. Sözügedən seriyaya GeForce RTX 4070 SUPER, RTX 4070 Ti SUPER və RTX 4080 SUPER videokartları daxil olacaqlar. Son məlumat sızıntılarına əsasən RTX 4070 SUPER modeli AD103-175 və ya AD104-350 çipini əldə edəcək. Videokartın 12 GB VRAM-a sahib olacağı gözlənilir. RTX 4070 Ti modeli AD102-175 və ya AD103-275 çipini əldə etməli və 16 GB VRAM-a sahib olmalıdır. RTX 4080 SUPER modelinə gəldikdə isə onun AD103-400 çipini və 16 GB VRAM-ı əldə edəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
