Logo
    main-post-cover

    NVIDIA GeForce RTX 50 videokart seriyası barəsində məlumatlar verilib

    Elm & Texnologiya
    16.11.2023
    Emil
         NVIDIA şirkəti hal hazırda aktiv şəkildə GeForce RTX 50 videokart seriyası üzərində çalışır. İndi isə insayderlər sözügedən videokart seriyası barəsində bəzi məlumatları təqdim ediblər. İnsayderlərin sözlərinə əsasən bu videokart seriyasının flaqman modeli (çox güman ki, RTX 5090) Blackwell arxitekturası əsasında hazırlanmış GB202 qrafik çipini əldə edəcək. Bəzi məlumatlara əsasən bu qrafik çip maksimal konfiqurasiya çərçivəsində özündə 24 567 ədəd CUDA nüvəsini birləşdirəcək.
         Lakin NVIDIA-nın öz videokartında bu qədər CUDA nüvəsini təmin edib-etməyəcəyi bilinmir. Məsələn şirkətin hal hazırda aktual olan RTX 4090 videokartında olan AD102 adlı qrafik çip öz bütün potensialını istifadə etmir. Gözləntilərə əsasən GB202 qrafik çipi GDDR7 standartlı VRAM-ı əldə edəcək. Bununla belə VRAM-ın çalışma tezliyi GDDR6X-in çalışma tezliyindən aşağı ola bilər. GeForce RTX 50 videokart seriyasının nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş