Logo
    main-post-cover

    NVIDIA GeForce RTX 50 videokartlarından ilk hansının satışa çıxacağı məlum olub

    Elm & Texnologiya
    24.12.2024
    Emil
         NVIDIA şirkəti 5 yanvar tarixində ABŞ-da start götürəcək CES 2025 sərgisi çərçivəsində GeForce RTX 50 videokart seriyasını təqdim edəcək. Həmin tarixdə baş tutacaq təqdimat tədbiri çərçivəsində GeForce RTX 5090, RTX 5080RTX 5070 videokartlarının təqdim olunacaqları gözlənilir. Daha öncəki məlumat sızıntılarında qeyd edilirdi ki, bu videokartlar eyni zamanda deyil, ayrı-ayrı zamanlarda satışa çıxacaqlar.
         İndi isə NVIDIA-nın bu yeni videokartlarından ilk olaraq hansının satışa çıxacağı barəsində məlumat ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən alıcılara ilk növbədə 16 GB VRAM-a sahib RTX 5080 videokartı təklif ediləcək. Bu videokart bir çox müasir oyunun yüksək göstəricilərdə işə salınması üçün kifayət etməlidir. Məlumatda qeyd edilib ki, müəyyən müddətdən sonra 32 GB VRAM-a sahib RTX 5090 videokartı satışa çıxacaq. RTX 5090-dan sonra isə RTX 50 seriyasının daha büdcəli videokartlarının satışları gözlənilir.
    Paylaş