Logo
    main-post-cover

    NVIDIA GeForce RTX 50 videokartlarının enerji sərfiyyatları məlum olub

    Elm & Texnologiya
    15.07.2024
    Emil
         NVIDIA şirkəti bu il GeForce RTX 50 videokart seriyasını təqdim etməlidir. Şirkət özü Blackwell arxitekturası əsasındakı bu videokartların göstəriciləri barəsində hələ məlumat verməyib. Onun yerinə bunu enerji təchizatı istehsalçılarından biri olan Seasonic şirkəti edib. Belə ki, GeForce RTX 50 videokartlarının nə qədər enerji sərf edəcəkləri açıqlanıb. Beləliklə verilmiş məlumata əsasən videokartların enerji sərfiyyatları aşağıdakı kimi olacaq.
    - GeForce RTX 5050 - 100 vatt
    - GeForce RTX 5060 - 170 vatt
    - GeForce RTX 5070 - 220 vatt
    - GeForce RTX 5080 - 350 vatt
    - GeForce RTX 5090 - 500 vatt.
     
    Paylaş