Logo
    main-post-cover

    NVIDIA GeForce RTX 5060 və RTX 5060 Ti videokartları barəsində bəzi məlumatlar ortaya çıxıb

    Elm & Texnologiya
    17.12.2024
    Emil
         NVIDIA şirkəti keçən həftə rəsmi şəkildə anons etdi ki, o, 5 yanvar tarixində ABŞ-da start götürəcək CES 2025 sərgisi çərçivəsində təqdimat tədbirini keçirəcək. Baş tutacaq tədbirdə şirkət GeForce RTX 50 videokart seriyasını təqdim etməlidir. Tədbir çərçivəsində GeForce RTX 5090, RTX 5080 RTX 5070 videokartlarının təqdim olunacaqları gözlənilir. Lakin bununla yanaşı şirkət gələn il həmçinin RTX 5060 RTX 5060 Ti videokartlarını da təqdim edəcək. Bu videokartların 5 yanvar tarixində təqdim olunub-olunmayacaqları bilinmir. Buna baxmayaraq RTX 5060 və RTX 5060 Ti videokartları barəsində bəzi məlumatlar artıq internetdə ortaya çıxıb.
         Beləliklə ortaya çıxmış məlumatlara əsasən RTX 5060 videokartı 8 GB-lıq VRAM-a, RTX 5060 Ti videokartı isə 16 GB-lıq VRAM-a sahib olacaq. Hər iki videokartın VRAM-ı GDDR7 standartlı olacaq. Videokartlar özlərində 128 bit-lik yaddaş şinini (qrafik prosessorla videokart yaddaşını birləşdirən bir növ yol) birləşdirəcəklər. Onlarda qrafik prosessor qismində GB206 adlı qrafik prosessor çıxış edəcək və videokartlar məlumatların saniyədə 448 GB sürətlə ötürülməsini təmin edəcəklər. Bu, RTX 4060-dan 65%, RTX 4060 Ti-dan isə 55% daha yüksəkdir. RTX 5060 videokartı 1080p görüntü keyfiyyətli oyunlarda daha faydalı olacaq və bəzi oyunlarda görüntü keyfiyyətini hətta 1440p keyfiyyətinə kimi yüksəltmək mümkün olacaq. RTX 5060 Ti isə öz növbəsində standart olaraq 1440p görüntü keyfiyyətli oyunlarda daha faydalı olacaq.
    Paylaş