Logo
    main-post-cover

    NVIDIA GeForce RTX 5060 və RTX 5060 Ti videokartları təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    15.04.2025
    Emil
         NVIDIA şirkəti GeForce RTX 50 videokart seriyasının yeni modellərini təqdim edib. Söhbət, GeForce RTX 5060RTX 5060 Ti-dan gedir. İlk öncə RTX 5060 videokartına nəzər yetirək. Sözügedən videokart GDDR7 standartlı 8 GB-lıq VRAM ilə təchiz olunub və o özündə 3840 ədəd CUDA nüvəsini birləşdirir. Videokartda məlumatların ötürülmə sürəti saniyədə 448 GB təşkil edir. RTX 5060-ın enerji sərfiyyatı isə 150 vatt təşkil edir. GeForce RTX 5060 Ti videokartına gəldikdə isə o, GDDR7 standartlı 8/16 GB-lıq VRAM ilə təchiz olunub və o özündə 4608 ədəd CUDA nüvəsini birləşdirir.
         Videokartda məlumatların ötürülmə sürəti saniyədə 448 GB təşkil edir. RTX 5060-ın enerji sərfiyyatı isə 180 vatt təşkil edir. Beləliklə RTX 5060 Ti videokartı RTX 5060 ilə müqayisədə 2 VRAM versiyasında təklif olunacaq. RTX 50 seriyasının əsas modelləri kimi bu yeni videokartlar da ray-tracingDLSS 4.0 texnologiyalarını dəstəkləyirlər. RTX 5060 Ti artıq sabah satışa çıxacaq. Onun 8 GB-lıq VRAM-a sahib versiyası 379$-a, 16 GB-lıq VRAM-a sahib versiyası isə 429$-a satılacaq. RTX 5060 videokartına gəldikdə isə o, may ayında satışa çıxacaq və onun qiyməti 299$ təşkil edəcək.
    Mənbə: Videocardz
    Paylaş