Logo
    main-post-cover

    NVIDIA GeForce RTX 5070 və RTX 5070 Ti videokartlarının bəzi texniki göstəriciləri açıqlanıb

    Elm & Texnologiya
    25.12.2024
    Emil
         İnsayderlər NVIDIA şirkətinin yaxın zamanda təqdim edəcəyi GeForce RTX 5070 RTX 5070 Ti videokartlarının özəllikləri barəsində məlumatlar veriblər. Beləliklə insayderlərin sözlərinə əsasən RTX 5070 videokartı 12 GB-lıq VRAM ilə 192 bit-lik yaddaş şinini (qrafik prosessorla videokart yaddaşını birləşdirən bir növ yol) əldə edəcək. Videokartda qrafik çip qismində isə GB205-300-A1 çıxış edəcək. Bu qrafik çip özündə 6144 ədəd CUDA nüvəsini birləşdirir.
          Videokartın enerji sərfiyyatı isə 250 vatt təşkil edəcək. Gözləntilərə əsasən RTX 5070 modeli oyunlarda əsasən Full HD görüntü keyfiyyətinə istiqamətlənəcək. RTX 5070 Ti videokartına gəldikdə isə o, GDDR7 standartlı 16 GB-lıq VRAM ilə 256 bit-lik yaddaş şinini əldə edəcək. Bu videokartda qrafik çip qismində GB203-300-A1 çıxış edəcək. Sözügedən qrafik özündə 8960 ədəd CUDA nüvəsini birləşdirir. RTX 5070 Ti modelinin enerji sərfiyyatı isə 300 vatt təşkil edəcək.
    Paylaş