
NVIDIA GeForce RTX 5080 Super və 5070 Super videokartları üzərində çalışır
Elm & Texnologiya
29.04.2025
Emil
NVIDIA tez-tez videokartlarının Super adlı versiyalarını buraxır və məlumata görə, 50-ci seriya da istisna olmayacaq. Bir neçə etibarlı mənbənin bildirdiyinə görə, şirkət RTX 5080 Super və 5070 Super modellərinin təqdimatına hazırlaşır. Bu gücləndirilmiş videokartların texniki xüsusiyyətləri hələ açıqlanmayıb, lakin yayılmış bəzi məlumatlara əsasən, onlar daha çox GDDR7 yaddaş ilə təchiz olunacaq. RTX 5080 Super-in 24 GB, 5070 Super-in isə 18 GB VRAM yaddaşı əldə edəcəyi gözlənilir.

Müqayisə üçün, standart RTX 5080 və 5070 modellərində müvafiq olaraq 16 GB və 12 GB VRAM var, seriyanın yeganə 24 GB yaddaşlı modeli isə flaqman RTX 5090-dır. İnsayderlər yeni videokartların dəqiq olaraq nə zaman satışa çıxacaqlarını hələlik açıqlamırlar, lakin onların 2025-ci ildə təqdim olunması ehtimalı azdır, çünki 50-ci seriya videokartlar yalnız yaxın vaxtda satışa çıxıb.
Mənbə: Wccftech
Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
