
NVIDIA GeForce RTX 5080 SUPER videokartı üzərində çalışır
Elm & Texnologiya
02.07.2025
Emil
Biz dünən xəbər verdik ki, NVIDIA şirkəti GeForce RTX 5070 SUPER adlı yeni videokart üzərində çalışır. İndi isə məlum olub ki, şirkət GeForce RTX 50 seriyasına daha bir videokartı daxil edəcək. Söhbət, RTX 5080 SUPER-dən gedir. İnsayderlərin sözlərinə inansaq, NVIDIA-nın hazırladığı bu ikinci yeni videokart GDDR7 standartlı 24 GB-lıq VRAM ilə təchiz olunacaq və özündə 10 752 ədəd CUDA nüvəsini birləşdirəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi RTX 5080 videokartı da özündə bu qədər sayda CUDA nüvəni birləşdirir. Lakin adi RTX 5080 modeli 18 GB-lıq VRAM-a sahibdir.

Bununla yanaşı məlumatda qeyd edilib ki, RTX 5080 SUPER-də məlumatların ötürülməsi sürəti saniyədə 1 TB təşkil edəcək. Gözləntilərə əsasən yeni videokartın enerji sərfiyyatı isə 415 vatt təşkil edəcək. Bu, adi RTX 5080-in enerji sərfiyyatından 15% çoxdur. Hazırlanan RTX 5080 SUPER kompüter oyunlarını yüksək qrafik göstəricilərdə işə salmaq istəyən istifadəçilər üçün nəzərdə tutulur və o, RTX 5080 ilə RTX 5090 arasında yerləşəcək bir videokart olacaq. RTX 5080 SUPER-in nə zaman təqdim olunacağı və satışa çıxacağı isə bilinmir.
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
