Logo
    main-post-cover

    NVIDIA GeForce RTX 5090 videokartı düşünüldüyü kimi güclü olmaya bilər

    Elm & Texnologiya
    03.06.2024
    Emil
         NVIDIA şirkəti bu il ərzində GeForce RTX 5090 videokartını təqdim etməlidir. İndi isə internetdə bu yeni videokartın texniki imkanları barəsində bəzi məlumatlar ortaya çıxıb. Ortaya çıxmış məlumatlara əsasən RTX 5090 daha öncə düşünüldüyü kimi güclü olmaya bilər. Belə ki, videokart daha öncə güman edildiyi kimi 512 bit-lik yaddaş şinini (qrafik prosessorla videokart yaddaşını birləşdirən bir növ yol) əldə etməyə bilər. Beləliklə ortaya çıxmış yeni məlumatlara əsasən RTX 5090 videokartı 448 bit-lik yaddaş şininə sahib GDDR7 standartlı 28 GB VRAM-ı əldə edə bilər.
         Daha öncə isə insayderlər RTX 5090-nın 512 bit-lik yaddaş şininə sahib 32 GB-lıq VRAM-ı əldə edəcəyini söyləyirdilər. Məlumatda həmçinin qeyd edilib ki, yeni videokartda qrafik çip qismində GB202 adlı çipdən istifadə ediləcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, RTX 4090 videokartı 384 bit-lik yaddaş şininə sahib GDDR6X standartlı 24 GB VRAM-la təchiz olunur. Məlumata əsasən RTX 5090-nın performans göstəricisinin aşağı salınması NVIDIA şirkətinin bu videokartın istehsalat xərclərini aşağı salmaq istəməsi ilə bağlıdır. Belə ki, şirkət bu üsul ilə digər videokartlarla daha yaxşı səviyyədə rəqabət aparmaq istəyir. Qeyd etmək lazımdır ki, RTX 5090-nın bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.
    Paylaş