
NVIDIA GTX videokart seriyasını bağlayacaq
Elm & Texnologiya
14.12.2023
Emil
NVIDIA şirkəti özünün GTX seriyasının videokartlarının istehsallarını dayandırmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, bu seriyanın son videokartları siyahısında GTX 1630, 1650, 1650 Ti, 1660, 1660 Ti, 1660 Super var. Bununla yanaşı şirkətin GTX seriyasını nə zaman bağlayacağı da məlum olub. Beləliklə verilmiş məlumata əsasən GTX seriyasının videokartlarının istehsalları 2024-cü ilin birinci rübündə dayandırılacaq. Bununla belə sözügedən seriyanın videokartları anbardakı ehtiyatlar bitənə kimi satışda qalacaqlar. Bəzi məlumatlara əsasən GTX seriyası RTX 3050 videokartı ilə əvəzlənəcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
