Nvidia məşhur çipset şirkəti olan ARM-ı almağa hazırlaşır: Satış yaxın zamanda elan edilə bilər

Nvidia məşhur çipset şirkəti olan ARM-ı almağa hazırlaşır: Satış yaxın zamanda elan edilə bilər

Texnologiya
13.09.2020 PAYLAŞIM

        İki nəhəng və bir çoxumuz tərəfindən bilinən şirkət: ArmNvidia. Nvidia şirkəti kompüterlər üçün videokart istehsal etməsi və süni zəka proyektləri ilə tanınır. ARM isə bu gün bir çox cihaz üçün (smartfondan ağıllı paltaryuyana qədər) çipset istehsal etməsi ilə bilinir. Android smartfonlarda istifadə edilən Snapdragon, Exynos, MediaTek və s prosessorlar ARM tərəfindən hazırlanan arxitekturalar əsasında ortaya çıxır. Bir müddət əvvəl ARM şirkətinin sahibi SoftBank ARM-ı satmaq qərarına gəldi və müştərilər arasında xüsusilə Nvidia fərqlənirdi. İndi isə yeni çıxan xəbərlərə görə Nvidia SoftBank şirkəti ilə razılığa gəlib və ARM-ı almağa hazırlaşır.

The Wall Street Journal tərəfindən verilən məlumata görə yaxın zamanda satış müqaviləsi imzalanacaq və Nvidia şirkəti ARM üçün 40 milyard dollar nəğd və hissə sənədi olaraq pul ödəyəcək.


        Qeyd edək ki, 2016-cı ildə SoftBank şirkəti ARM-ı 32 milyard dollara almışdı. 4 il ərzində isə ARM şirkətinin dəyəri artaraq 40 milyard dollara Nvidia-a satılmağı planlaşdırılır. Verilən məlumata görə problemlər çıxmazsa gələn həftənin əvvəllərində bu satış tamamlanacaq. Nvidia ARM ilə birləşərək ən nəhəng yarımkeçirici istehsalçısı olmağı planlaşdırır. Bəs biz istifadəçilər bunun xeyrini necə görə biləcəyik? ARM şirkəti istehsal etdiyi çip və arxitekturalarda Mali videoqrafik çiplərini istifadə edir və bilindiyi kimi bu çiplər çox da yetərli performans verə bilmir. Snapdragon çiplərində olan və Qualcomm tərəfindən AMD-in Radeon texnologiyası əsasında hazırlanan Adreno qrafik çipləri smartfonlarda oyun oynayan zaman daha yaxşı performans göstərir. Nvidia ARM şirkəti alarsa artıq ARM çiplərində Mali videoçipləri yox, Nvidia tərəfindən hazırlanan mobil qrafik çiplərini görə bilərik. Nvidia-nın kompüter videokart ekosistemində liderliyi hər kəsə məlumdur. Bu smartfon ekosisteminə də sıçrasa oyunlarda çox daha yaxşı performans göstərən prosessorlar görə bilərik.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung tarixində ilk: Exynos 1000 çipseti Snapdragon 875-i testlərdə keçdi

Samsung-un yeni Exynos 1000 çipseti testlərdə Snapdragon 875-i geridə qoydu.


NASA yeni raket mühərriklərini 3D Çap üsulu ilə istehsal edəcək

NASA RAMPT adlı proyekti ilə yeni raket mühərriklərini 3D Çap üsulu ilə istehsal edəcəyini elan etdi..


Tesla avtopilotu saatda 140 km sürətlə polisdən qaçmaq istəyib: Sürücü yatmış və..

Avtopilot sisteminə sahib Tesla Model S elektromobili yenə yol hərəkəti hadisəsində iştirak edib. La..


Nvidia-ın əsl əjdahası RTX 3090 videokartının performans test nəticələri yayımla..

Nvidia şirkətinin RTX 3000 seriyasındakı ən güclü videokartı olan RTX 3090-ın benchmark nəticələri o..


Apple AirPower Mini naqilsiz şarj stansiyasının real fotoları sızdırılıb

Naqilsiz şarj stansiyası olan AirPower-in ilk hazırlanma mərhələsindəki uğursuz nəticə Apple şirkəti..


Sony şirkəti PlayStation 5-in qiymətini rəsmi olaraq açıqlayıb

Sony şirkəti gecə keçirtdiyi təqdimat çərçivəsində PlayStation 5 konsolunun qiymətini və startda han..

×