
NVIDIA-nın yeni nəsil videokartları nə zaman satışa çıxacaqlar?
Elm & Texnologiya
23.11.2024
Emil
NVIDIA şirkəti yaxın zamanda GeForce RTX 50 seriyasının videokartlarını təqdim etməlidir. İndi isə yeni nəsil videokartların nə zaman satışa çıxacaqları barəsində məlumat ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən NVIDIA-nın yeni videokartlarının ilk 5 modeli artıq 2025-ci ilin əvvəlində satışa çıxacaqlar. Çox güman ki, bu, fevral ayında baş tutacaq. Ortaya çıxmış məlumata inansaq, 2025-ci ilin əvvəlində alıcılar növbəti videokartları əldə edə biləcəklər.
- NVIDIA GeForce RTX 5090
- NVIDIA GeForce RTX 5090 D
- NVIDIA GeForce RTX 5080
- NVIDIA GeForce RTX 5070 Ti
- NVIDIA GeForce RTX 5070.
NVIDIA adətən öz videokartlarının flaqman modellərini təqdim edəndən bir müddət sonra büdcəli modellərini təqdim edir. Məlumata əsasən şirkət bu dəfə də belə addım atacaq. Bununla belə GeForce RTX 5060 və GeForce RTX 5050 modellərinin nə zaman satışa çıxacaqları barəsində konkret bir məlumat yoxdur.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
