Logo
    main-post-cover

    NVIDIA öz iş prosesinə 100 milyon robotu inteqrasiya etməyi planlaşdırır

    Elm & Texnologiya
    16.10.2024
    Emil
          NVIDIA şirkətinin CEO-su Jensen Huang şirkətin iş prosesinin effektivliyinin yüksəldilməsinə dair iddialı planlarından danışıb. BG2 Pod adlı podkastda çıxış edən zaman Huang bildirib ki, NVIDIA yaxın gələcəkdə öz iş prosesinə süni zəka tərəfindən idarə ediləcək 100 milyon ədəd köməkçi robotu inteqrasiya etməyi planlaşdırır.
         Həmin robotlar rutin tapşırıqları yerinə yetirəcək, ümumi iş proseslərini sürətləndirəcək və real işçilərin daha vacib tapşırıqlara zaman ayırmalarına şərait yaradacaqlar. Huang-ın sözlərinə əsasən əmək bazarının effektivliyinin yüksəldilməsi və inkişaf üçün insanlar süni zəka ilə birlikdə çalışmalıdırlar. Güman etmək olar ki, şirkət daxilində bu qədər sayda robotun istifadəyə verilməsi öz növbəsində çoxlu sayda işçinin işdən azad edilməsinə səbəb olacaq. Lakin Huang bildirib ki, bunun tam əksi olacaq. Belə ki, NVIDIA şirkəti 50 000 yeni iş yerinin yaradılmasını planlaşdırır.
    Paylaş