NVIDIA şirkəti fərdi ARM prosessorlarını hazırlayacaq
Elm & Texnologiya
24.10.2023
Emil Nəcəfov
Reuters saytının verdiyi məlumata əsasən NVIDIA şirkəti Windows vasitəsilə çalışan kompüterlər üçün nəzərdə tutulmuş ARM arxitekturalı CPU-ların hazırlanmasına start verib. Gözləntilərə əsasən NVIDIA-nın prosessorları müxtəlif sahələrdə Intel və Apple prosessorları ilə rəqabət apara biləcək. Məlumata əsasən NVIDIA-nın ilk ARM prosessorları artıq 2025-ci ildə təqdim oluna bilərlər. Bəzi mənbələr qeyd ediblər ki, həmin ildə həmçinin AMD şirkəti də ARM arxitekturalı prosessorlarını təqdim edə bilər. Jurnalistlərin fikirlərinə əsasən bu öz növbəsində stolüstü kompüter və noutbuklar bazarında Intel ilə Apple şirkətlərinin mövqelərinə təsir göstərə bilər.
Bu cür prosessorların hazırlanmasında həmçinin Microsoft da maraqlıdır. Hələ 2016-cı ildə Microsoft Qualcomm şirkətinə 2024-cü ilə kimi Windows dəstəkli ARM prosessorların istehsalı hüququnu təqdim etmişdi. Nəticə etibarilə Microsoft bazarda digər ARM prosessor istehsalçılarının da ortaya çıxmalarını ciddi şəkildə dəstəkləyir. Digər tərəfdən ARM arxitekturasına keçid məsələsində bəzi çətinliklər də var. Məsələn Intel və AMD tərəfindən aktiv şəkildə istifadə edilən x86 platforması üçün hazırlanmış proqram təminatları desktop prosessorların mobil versiyalarında işə düşmürlər. Bu problemi aradan qaldırmaq üçün isə bir xeyli resurs sərf etmək lazım gələcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NVIDIA GeForce RTX 4070 Super videokartı barəsində bəzi məlumatlar ortaya çıxıb
NVIDIA GeForce RTX 4070 Super videokartı barəsində bəzi məlumatlar ortaya çıxıb
Keçən həftə məlumat ortaya çıxdı ki, NVIDIA şirkəti GeForce RTX 40 Super adlı yeni videokart seriyasını təqdim edəcək.
NVIDIA GeForce RTX 40 Super videokart seriyasını təqdim edəcək
NVIDIA GeForce RTX 40 Super videokart seriyasını təqdim edəcək
İnsayderlərin vermiş olduqları məlumata əsasən NVIDIA şirkəti GeForce RTX 40 Super videokart seriyasını təqdim edəcək.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!