main-post-cover

    NVIDIA şirkəti real dünya əsasında virtual dünyalar yarada bilən süni zəka təqdim edib (VİDEO)

    05.12.2018
    Farid Pardashunas
        Süni zəka yaradıcı işləri ələ keçirtməklə yanaşı həmçinin müasir kompüter oyunları yaradcıları ilə də rəqabət apara bilər. Belə ki, bir neçə müddət öncə keçirilmiş bir konfransda NVIDIA şirkətinin mütəxəssisləri real mühit əsasında virtual interaktiv dünyaları yarada bilən neyron şəbəkəsini təqdim etdi. Sözügedən alqoritmin təlimi üçün bir neçə şəhərdəki pilotsuz avtomobillərin kameraları ilə çəkilmiş materiallardan istifadə edilib.
        Həmin materialların alqoritmə təqdim olunmasından sonra ona həmin materiallar əsasında günümüzdə bir çox müasir kompüter oyunlarının yaradılmasında istifadə olunan məşhur Unreal Engine 4 oyun mühərriki vasitəsilə virtual dünyanın yaradılması tapşırığı verilib. Nəticədə kompüter sistemi əldə edilmiş məlumatlar sayəsində virtual avtomobil simulyatoru yaradıb.

        Hər bir yüksək keyfiyyətli kompüter oyununun istehsal prosesində tərtibatçılar virtual ətraf mühitin yaradılması üzrə yüksək məbləğ sərfiyyatı problemi ilə qarşılaşırlar. Belə ki, oyunda olan hər bir obyekti ilk öncə əl ilə çəkmək lazım gəlir. Süni zəka vasitəsilə ilə yaradılan elementləri isə ənənəvi redaktor resursu vasitəsilə dəyişmək və ya təkmilləşdirmək olar. Bu isə öz növbəsində oyundakı zonaların yaradılmasına sərf olunan zamanı qısalda bilər. Bu cür üsul kompüter oyunun yaradılması prosesini sadələşdirə bilər. Belə ki, bu proses çərçivəsində dizaynerlərin rutin işləri neyron şəbəkəsinə həvalə edilir. Neyron şəbəkəsi isə real dünyanın öyrənilməsi zamanı mütəmadi olaraq özünü təkmilləşdirir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər