Logo
    main-post-cover

    NVIDIA şirkəti RTX 4080 Ti videokartını hazırlayır

    Elm & Texnologiya
    11.10.2023
    Emil
         İnsayderlərin vermiş olduqları məlumata əsasən NVIDIA şirkəti gələn ilin əvvəlində NVIDIA GeForce RTX 4080 Ti və ya RTX 4080S (SUPER) adlı yeni videokartını satışa çıxaracaq. Məlumatda qeyd edilib ki, satışa çıxarılacaq yeni videokartın qiyməti hal hazırda aktual olan RTX 4080-nin qiyməti səviyyəsində olacaq. Yəni 1199$. Bundan əlavə olaraq məlumdur ki, yeni videokart AD102 çipi əsasında qurulacaq və onun enerji sərfiyyatı 450 vatt-dan yüksək olmayacaq. Mütəxəssislər bildirirlər ki, RTX 4080 qiymət-performans nisbəti mövzusunda qeyri-optimal olduğundan alıcılar arasında o qədər də məşhur deyil. Gözləntilərə əsasən yeni videokart bu problemi aradan qaldırmalıdır.
    Paylaş