main-post-cover

    Nvidia şirkətinin yeni 'əjdaha' videokartı sızdırıldı: RTX 3080

    Elm & Texnologiya
    09.06.2020
    Nijat Hamid
            Nvidia şirkəti şübhəsiz ki, videokart bazarında liderdir. Şirkətin Ray Tracing (İşıq izləmə) dəstəkli ən üst modelləri olan RTX 2000 seriyası artıq ömürlərini doldurub. Bir müddətdir ki, Nvidia-nın yeni Ampere videokart arxitekturasına keçid edəcəyi bilinir. Bu günlərdə isə şirkətin Ampere arxitekturalı ilk videokartı RTX 3080 internetə sızdırılıb

    Yeni RTX 3000 seriyalı videokartlar onlayn keçirilməsi planlanan Computex sərgisində təqdim oluna bilər.

            Nvidia şirkəti yeni videokartlarda fərqli dizayn istifadə edəcək kimi görünür. RTX 2080-dən bir xeyli fərqlənən RTX 3080 videokartının soyutma blokları simmetrik şəkildə hazırlanıb. Şəkildən mavi rəngli görünsə də əslində cilalanmış metal rəngindədir. Sadəcə üzərində mavi qoruyucu örtük var. Digər fərqli cəhət soyutma fanlarının iki istiqamətli olmasıdır. Fanlardan biri soyuq havanı içəri göndərərkən digər fan isti havanı çölə çıxarır (Digər fan alt tərəfdədir).
            Şirkətin belə fərqli dizayna keçməsində əsas səbəb istehsal xərclərini azaltmağa çalışmasıdır. Təsdiq olunmamış məlumatlara əsasən yeni RTX 3000 videokartları əvvəlki nəsil olan RTX 2000-ə nəzərən Ray Tracing performansında 80-90% daha güclü olacaq. Əlbəttə bu performans artışının qiymətlərə nə qədər təsir edəcəyi hələki bəlli deyil. RTX 3000 seriyalı videokartların Sentyabr-Oktyabr aylarında təqdim olunması gözlənilir.
    Linki kopyala