
NVIDIA və Google kvant prosessorları üçün əməkdaşlığa başlayıb!
Elm & Texnologiya
20.11.2024
Aslan
Google və NVIDIA kvant prosessorları üçün əməkdaşlıq etdiklərini elan ediblər. Bu əməkdaşlıq çərçivəsində Google mühəndisləri NVIDIA-nın Eos adlı superkompüterindən istifadə edəcəklər.
ABŞ mərkəzli texnologiya nəhəngi Google ilə çip sektorunda lider mövqedə olan NVIDIA arasında əhəmiyyətli bir əməkdaşlıq baş tutub. Bu əməkdaşlıq çərçivəsində Google, kvant prosessorlarının hesablamaları üçün NVIDIA-nın Eos superkompüterindən yararlanacaq. Kvant prosessorları hələlik gündəlik həyatımıza daxil olmayıblar. Lakin bu prosessorlar, hazırkı yarımkeçirici əsaslı prosessorlardan dəfələrlə daha sürətli işləmə qabiliyyətinə malikdirlər. Əlbəttə, bu yüksək sürət bir sıra çətinlikləri də özü ilə gətirir. Məhz Google-un Quantum AI bölümü ilə NVIDIA bu problemlərə fokuslanacaq.

Məsələn, bir kvant prosessorunun işləyə bilməsi üçün çox aşağı temperaturda şərait tələb olunur. Bundan əlavə, müəyyən bir həddə çatan kvant prosessorları öz-özünə səhvlər etməyə başlayır ki, bu hal "səs-küy" adlanır. Google və NVIDIA-nın əməkdaşlığı çərçivəsində Eos həm fiziki mühit şərtlərini, həm də səs-küy hallarını simulyasiya edəcək. Beləliklə, mütəxəssislər problemi həll etmək üçün düzgün nəticələr əldə edəcəklər.
Təbii ki, bu əməkdaşlığın nəticələrini dərhal görmək mümkün olmayacaq. Həm Google, həm də NVIDIA kvant prosessorları sahəsində əhəmiyyətli irəliləyişlər etdiklərini iddia etsələr də, tam işlək və ticari məqsədlərlə istifadə edilə bilən kvant prosessorlarının hazırlanmasının onilliklər tələb edəcəyi düşünülür. NVIDIA Eos isə bu prosesi asanlaşdırmağa yardım edəcək.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
