main-post-cover

    O-R3 sürücüsüz polis avtomobilli!

    02.07.2017
    Orxan Jafarli
    Dubay Polis Şöbəsi, ağıllı şəhərə keçid planları çərçivəsində avtonom vasitələri və robotları istifadə edərək yeni layihələrə imza atmağa davam edir.
    Texnologiyanın sürətlə inkişafa davam etməsi ilə birlikdə insan gücünə olan ehtiyac hər keçən gün azalmağa davam edərkən, onlarla ölkə avtonom vasitələrə və robotlara uyğunlaşmaq üçün hazırlıqlara başlayıb.
    Yenə səs gətirəcək bir işə imza atan Dubay Polisi, şəhərdə patrul gəzən polislərin yerini irəliləyən illərdə avtonom vasitələrin alması üçün işlərinə davam edir.
    Təşkilatın yüzdə 25%-ni 2030-ci ilə qədər tamamilə robotların təşkil etməsini hədəfləyən Dubai Polisi, Sinqapur mərkəzli OTSAW Digital firması tərəfindən istehsal edilən  və O-R3 olaraq adlandırılan sürücüsüz avtomobili təqdim etdi
    Uçmağa hazır bir insansız hava vasitəsini bünyəsində saxlayan avtomobil, 360 dərəcə görüş bucağına sahib kameralar ilə təchiz edilib.

    Bu sayədə küçələrdə gəzən avtomobillərin ölkə səviyyəsində cinayətlərin azalmasına köməkçi olması gözlənilərkən, inkişaf etdirilən proqramlar ilə insan üzlərini qeyd edə bildiyi və cinayətkarların yaxalanmasında böyük rol oynayacağı bildirilir.
    Əldə etdiyi bütün məlumatları Dubay Polis Mərkəzinə eyni vaxt ərzində  köçürə biləcək quruluşda inkişaf etdirilən O-R3, inkişaf etmiş bir süni zəka alqoritmi və 3D SLAM texnologiyası ilə təchiz edilib.
    Əlavə olaraq O-R3-ün lazım olduğu hallarda avtomatik hərəkətləri dayandırılaraq, polis tərəfindən nəzarət edilə biləcəyi OTSAW tərəfindən paylaşılan məlumatlar arasında yer alır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər