
Yeni tədqiqat nəticəsində məlum olub ki, işçilərin, kompüterləri öz şəxsi məqsədləri üçün istifadələri şirkət təhlükəsizliyinə böyük zərər vura bilər.
Bir çox şirkətlər etiraf edirlər ki, onların əməkdaşları öz sosial şəbəkə hesablarını və poçt ünvanlarını iş kompüterləri vasitəsilə yoxlayırlar. Lakin siyahı bununla bitmir. Aparılmış sorğuda iştirak etmiş müxtəlif şirkət əməkdaşlarının 45%-i bildirib ki, onlar iş zamanı internetdən öz şəxsi məqsədləri üçün istifadə edirlər. Belə üsulla onlar iş görməmələrini maskalayırlar.
Məlum olub ki, hər bir əməkdaş gün ərzində ortalama 2.09 saatını internetdə oturmaqla keçirdir. Lakin bizi narahat edən bu deyil. Bundan əlavə məlum olub ki, hansısa əməkdaş öz iş vaxtında internet aktivliklərinə nə qədər çox zaman ayırırsa, şirkətin kibertəhlükəsizliyinə o qədər təhlükə yaradır. İşdə heç kim şəbəkə təhlükəsizliyi qaydalarına riayət etmir. Bir çoxları hətta belə bir sual da verirlər: “Nəyə görə? Bu mənim kompüterim deyil axı”.
Horizon: Zero Dawn haqqında lk məlumatlar
Bununla yanaşı təhlükəsizlik qaydalarından xəbərsiz olan insan daha
çox internet aktivliklərindən istifadə edir. Məsələn, işçi potensial təhlükəli
saytlara daxil olur, mənbəyi bilinməyən servislərdən tətbiqlər yükləyir, online
oyunlar oynayır və s. Bu cür işçilərin əksəriyyəti əmindir ki, nəticə etibarilə
onlardan ola biləcək problemləri sistem administratoru aradan qaldıracaq.
Günümüzdə bir çox peşələr birbaşa internet ilə əlaqəli olduğundan ona girişi
qadağan etmək mümkün deyil. Kontentləri filtrdən keçirtmək isə çox çətindir.
Mütəxəssislər isə bu məsələ ilə bağlı öz əməkdaşları arasında müxtəlif treninqlər
keçirtməyi məsləhət görürlıər.
Şərh yoxdur