Logo
    main-post-cover

    Ofis işləri üçün AOC U27P3UB adlı yeni monitor təqdim edilib

         AOC şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Təqdim edilmiş monitor AOC U27P3UB adını əldə edib. Sözügedən noutbuk 75 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir və o, HDR10 sertifikatına sahibdir. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.2, USB 3.2 Gen 1 Type-A, USB 3.2 Gen 1 Type-B girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Xüsusi bərkidici sayəsində monitoru istənilən vəziyyətdə fiksləmək olar. AOC U27P3UB-nin nə zaman və hansı qiymətə satılacağı barəsində məlumat verilməyib.
    Paylaş