Okeanın dibində səthindən 100 dəfə daha çox plastik tullantı mövcuddur
Elm & Texnologiya
15.04.2024
Farid Pardashunas
İstifadəyə verildikləri zamandan indiyənə kimi plastik materiallar planeti sözün əsl mənasında ələ keçiriblər və günümüzün ən ciddi qlobal probleminə çevriliblər. İstehsal olunan plastik materialların həcmi hər il daha da böyüyür və plastik tullantılar inanılmaz həcmdə planetin hər bir nöqtəsində qeydə alınır. Gözləntilərə əsasən 2040-cı ilə kimi plastikdən istifadə 2 dəfə artacaq. Buna görə də bu tullantıların necə və hansı istiqamətdə yol aldıqlarını anlamaq vəhşi təbiət ilə dəniz ekosistemlərinin qorunması mövzusunda həlledici rol oynayır. Avstraliya Milli Elmi Agentliyi (CSIRO) və Toronto Universiteti tərəfindən aparılmış yeni araşdırma çərçivəsində alimlər dünya okeanında hansı həcmdə plastik tullantıların mövcud olmasına diqqət ayırıblar.
CSIRO-nun baş elmi əməkdaşı olan Denise Hardesty-nin sözlərinə əsasən onların aparmış olduqları araşdırma dünya okeanına plastik tullantıların hansı həcmdə daxil olduqları mövzusunda ilk qiymətləndirmədir. Mütəxəssis qeyd edib ki, plastik tullantılar dünya okeanına daxil olaraq yığılırlar və daha sonra daha kiçik hissəciklərə parçalanaraq okean çöküntüləri ilə birləşirlər. Məlumdur ki, dünyadakı okeanlara hər il milyonlarla ton həcmdə plastik tullantılar daxil olur. Lakin daha öncə alimlər həmin tullantıların hansı həcminin okeanın dibinə çökdüyünü güman etmirdilər. Alimlər aşkar ediblər ki, dünya okeanının dibi plastik tullantıların böyük hissəsi üçün son mənzilə çevrilib.
Belə ki, hər il 3 milyon tondan 11 milyon tona kimi plastik tullantı okeanın dibinə çökür. Aparılmış araşdırmanın baş müəllifi və Toronto Universitetinin fəlsəfə doktoru Alice Zhu-nun sözlərinə əsasən okeanın səthindən fərqli olaraq dibində 100 dəfə daha çox plastik tullantı yığıla bilər. Bununla yanaşı alimlər təyin ediblər ki, okeandakı plastik tullantıların həcmi hər gün bir zibil maşını həcmi qədər artır. Aparılmış araşdırmanın nəticələrinə əsasən kontinentlər arasında olan plastik tullantıların həcmi ümumi plastik tullantıları həcminin 45%-ni təşkil edir. Lakin tullantıların 54%-i 200 metrdən 11 000 metrə kimi dərinlikdə yığılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!