
Oktyabr ayının ən performanslı Apple cihazlarının reytinqi təqdim edilib
Elm & Texnologiya
04.11.2023
Emil
AnTuTu bençmarkı oktyabr ayının ən performanslı Apple cihazlarının reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə 10 cihaz daxil olub. Onlardan ilk beşliyi iPad modellərini, ikinci beşliyi isə iPhone modellərini əhatə edir. Beləliklə oktyabr ayının ən performanslı Apple cihazlarının ilk beşliyi belədir. iPad Pro 6 (12.9 düym ekran), iPad Pro 4 (11 düym ekran), iPad Pro 5 (12.9 düym ekran), iPad Pro 3 (11 düym ekran) və iPad Air 5. İlk beşlikdən sonrakı cihazların sıralanması isə bu cürdür. iPhone 15 Pro, iPhone 15 Pro Max, iPhone 14 Pro, iPhone 14 Pro Max və iPhone 15 Plus.

Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
