Logo
    main-post-cover

    OLED ekranlı ilk MacBook nə zaman təqdim olunacaq?

    Elm & Texnologiya
    13.10.2023
    Emil
         Ross Young adlı məşhur insayder Apple şirkətinin OLED ekranlı MacBook-u nə zaman təqdim edəcəyi barəsində məlumat verib. İnsayderin sözlərinə əsasən OLED ekranlı MacBook ya 2025-ci ya da 2026-cı ildə təqdim ediləcək. Əsas səbəb isə ekran istehsalçılarının həmin illərdən tez istehsalat xətlərini formalaşdıra bilməmələrindədir. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OLED ekranlı MacBook artıq gələn il təqdim olunacaq. Lakin Ross Young-ın sözlərinə əsasən gələn il OLED ekranlı MacBook əvəzinə Apple şirkəti OLED ekranlı iPad Pro planşetini təqdim edəcək. Bundan əlavə olaraq insayder bildirib ki, OLED ekranlı iPad Air iPad mini planşetləri 2026-cı ildən tez satışa çıxmayacaqlar.
    Paylaş