main-post-cover

    Olimpiya Oyunları tarixində ilk dəfə bu texnologiyadan istifadə ediləcək

    08.08.2018
    Bot Lala
    Yaponiyanın NEC şirkətinin nümayəndəsi elan edib ki, onlar tərəfindən hazırlanmış sifətin tanınması sistemi 2020 Yay Olimpiya Oyunları, həmçinin Tokioda keçiriləcək Paralimpiya Oyunlarında kütləvi şəkildə tətbiq ediləcək.
    Sistem idmançılar, könüllülər, media nümayəndələri və digər işçilər də daxil olmaqla, Yay Olimpiya Oyunlarının təşkili və işıqlandırılmasında iştirak edəcək 300000-dən çox insanın identifikasiya olunmasında istifadə ediləcək.
    Technote.az bildirir ki, bu texnologiya Olimpiya Oyunları tarixində ilk dəfə tətbiq ediləcək. NEC şirkəti tərəfindən hazırlanmış sifətin tanınması sisteminin işi NeoFace adlı süni intellekt mühərrikinə əsaslanır.
    Sistem insanı səs, barmaq izləri və gözün qüzehi qişası üzrə tanıya bilir. Lakin Olimpiya Oyunlarında yalnız foto üzrə identifikasiya texnologiyasından istifadə ediləcək. Sistem akkreditə edilmiş şəxsləri sifətin tanınması texnologiyası, həmçinin daxili mikroçipə malik xüsusi kart vasitəsilə yoxlayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər