main-post-cover

    'Onedome' London mərkəzli Azərbaycan startapı 4 milyon dollar investisiya aldı

    12.07.2017
    Farid Pardashunas
    Yüksək profilli mələk investorlar Edward Rumble ( partner Pensato  Capital) və David Giampaolo (CEO Pi Capital) - nun iştirakı ilə A seriyalı investisiya raundunda "Onedome" əmlak plaforması 4 milyon dollar investisiya cəlb edib. Azərbaycanlı təşəbbüskarlar Rüstəm Əliyev Babək İsmayıl tərəfindən 18 aylıq çətin hazırlanma mərhələsindən sonra 2016-cı ilin Dekabr ayında təqdim olunan platforma İngiltərədə çox ciddi bir problemi həll edir. Beləki, əmlak sektorunda olan vasitəçilər üçün xüsusi "software" həllər təqdim edən startap eyni zamanda İngiltərədə kirayə ev axtaran müştəriləri də böyük bir problemdən xilas edir.
    Məlumdur ki, əmlak sektorunda olan hüquqi tənzimləmələr, sənədləşmələr və icarə müqavilələri İngiltərədə və Avropada digər ölkələrə nisbətən daha çətindir və bu problemin həll olunması üçün müştərinin hüquqşunasa və məsləhətçi dəstəyinə mütləq şəkildə ehtiyacı var. Eyni problemi İngiltərəyə yerləşəndə yaşayan Babək İsmayıl bu problemi kökündən həll edəcək bir platformanı təsis edir.
    "Onedome" avtomatlaşdırılmış həlli 2016-cı ildə "Locaity Reality" məhsulları ilə bazara çıxır. Sözügedən məhsul böyük məlumat bazasına sahibdir və bu bazada İngiltərədə poçt kodlarına əsasən axtarış etmək mümkündür. Bu əlavə seçdiyiniz regionu 7 kriteriyaya görə dəyərləndirib, sizə nəticə verir. Əsas kriteriyalara təhsil, nəqliyyat, güvənlik və həyat tərzi kimi açar sahələr daxildir.

    Platformanın əsas məqsədi mülkiyyət münasibətlərində mütəxəssislər və müştərilər arasında vasitəçi rola sahib olmaqla, ortaya çıxan bütün problemləri avtomatlaşdırılmış şəkildə həll etməkdir.
    2017-ci ilin May ayında şirkət əmlak agentləri üçün ikinci önəmli məhsullarını təqdim etdi. Təqdim olunmuş əlavə ilə əmlak agentləri xidmətlərini rəqəmsal aləmə daşımaqla müxtəlif əlavələrdən faydalanaraq xidmətlərini daha da gücləndirirlər.
    Mərkəzi Londonda yerləşən startapın eyni zamanda Kiyevdə də ofisləri mövcuddur. Texnologiyanın gücü ilə əmlak sektorunun çox önəmli problemlərini həll edən həmyerlilərimiz A seriyalı raundu 4 milyon dollar investisiya ilə yekunlaşdıra bildilər.



    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər