OnePlus 5-in yeni versiyası OnePlus 5T təqdim olundu (VİDEO)

OnePlus 5-in yeni versiyası OnePlus 5T təqdim olundu (VİDEO)

Texnologiya
16.11.2017 PAYLAŞIM

Böyük ekrana, kiçik çərçivələrə, ikili arxa kameraya sahib və ən əsası OnePlus 5 qiymətinə sahib yeni flaqman model OnePlus 5T rəsmi olaraq təqdim olundu.

OnePlus 5T-nin adi OnePlus 5-dən fərqi onun ekranındadır. Belə ki, yeni modeldə ekran 18:9 nisbətində hazırlanıb və kiçik çərçivələrə sahibdir. Ekranın matrisası həminki Optic AMOLED texnologiyası əsasında qurulub və 2160x1080 piksel keyfiyyətinə sahibdir. Ekranın ölçüsü isə 5.5 inç-dən 6 inç-ə kimi böyüdülüb. Lakin kiçik çərçivələr sayəsində korpusun ölçüsü demək olar ki, dəyişilməz qalıb. Çərçivələrin kiçilməsinə görə ön paneldəki barmaq izi skanından imtina olunub. Yeni modeldə barmaq izi skanı arxa paneldə yerləşdirilib və sensorlu düymələr proqram təminatı düymələri ilə əvəz olunub.



Arxa paneldə barmaq izi skanının olması çox zaman rahat üsul deyil. Buna görə də OnePlus 5T modelində istifadəçi üzü vasitəsilə telefonu aktivləşdirmək mümkündür. Ön paneldə yeni sensorlar yoxdur. Buna görə də insan üzü ön kamera vasitəsilə skan olunur. Yeni ekran və barmaq izi skanının arxa panelə köçürülməsini nəzərə almasaq, smartfonun dizaynında elə də ciddi dəyişiklik yoxdur. Bundan əlavə olaraq yeni modeldə ənənəvi 3.5 mm-lik audiogiriş mövcuddur. Yeni model 20 MP-lik ikili arxa kameraya sahibdir. OnePlus 5 modelində ikinci kamera 16 MP-lik idi. Yeni model həmin sensoru istifadə etsə də, ikinci kamera f/1.7 diafraqmasına sahibdir. Beləliklə bu smartfon vasitəsilə qaranlıqda yaxşı fotolar çəkmək mümkündür. Ön kamera isə 16 MP-likdir.


Kameralar optik stabilizasiya özəlliyinə sahib olmasalar da, 4K rejimində video çəkə bilirlər. Digər texniki göstəricilərinə gəldikdə isə OnePlus 5T 6 inç Optic AMOLED ekran (Corning Gorilla Glass 5 qoruyucu şüşəli), 8 nüvəli və 2.45 GHz tezlikli Snapdragon 835 prosessoru, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş və 3300 mAh enerji tutumlu batareya (sürətli enerji yığma özəllikli) ilə təchiz olunub. Smartfon Oxygen OS ara üzlü Android 7.1.1 Nougat əməliyyat sistemi vasitəsilə çalışır, lakin gələn ilin əvvəlində Android 8.0 Oreo-ya kimi yenilənəcək. 6 GB RAM-a sahib versiya 499$-a, 8 GB RAM-a sahib versiya isə 559$-a satılacaq. OnePlus 5T 21 Noyabr tarixində rəsmi olaraq satışa çıxacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×