
OnePlus 5T-nin anonsu gəlir
Elm & Texnologiya
09.10.2017
Emil
“OnePlus” şirkəti, yeni smartfon modelinin anonsuna hazırlaşır.
Bu cür ehtimala, internet istifadəçiləri
gəliblər. Belə ki, bu ilin İyun ayında təqdim olunmuş OnePles 5 modeli,
satışlardan qaldırılıb. Sözügedən cihazı, ABŞ-da sifariş vermək qeyri-mümkündür.
Digər bazarlarda isə onu tapmaq çox çətindir. Şirkətin özü isə bu barədə hələki
heç bir fikir bildirməyib. Qeyd etmək lazımdır ki, keçən il şirkət, OnePlus 3
modelini, İyun ayında təqdim etdi.

Daha sonra Noyabr ayında OnePlus 3T modelini
anons etdi. Görünür bu il də şirkət eyni üsulla getməyə hazırlaşır. Belə ki, bu
il də OnePlus 5, İyun ayında təqdim olunmuşdu. Bundan nəticə olaraq çıxır ki, gələn
ay bizi yeni modelin təqdimatı gözləyə bilər. Bununla yanaşı Gizmochina saytında
yeni modelin fotosu da təqdim olunub.

Nəzərə alsaq ki, bu il bir çox şirkətlər
artıq öz çərçivəsiz modellərini təqdim etdilər və “OnePlus” bu baxımdan geridə
qalır, onda söyləmək üstünə düşər ki, şirkətdə özünün çərçivəsiz modelini təqdim etmək istəyir.
Fotodan da görmək olar ki, dizaynerlər, Galaxy S8 modelindən ilhamlanıblar. Belə
ki, fotoda əks olunmuş cihazın kənarları əyilmiş formadadır, üst və alt çərçivələr
isə çox nazikdirlər. Lakin bununla belə o, OPPO F5 modelinə çox bənzəyir. Məlumata
əsasən yeni OnePlus 5T modelində ən gözə çarpacaq dəyişiklik isə məhz ekranda
olacaq. Belə ki, onun 6 inç-lik ekranla təchiz olunması gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
