
OnePlus 6-da ekran çıxıntısını deaktiv etmək olacaq
Elm & Texnologiya
04.04.2018
Emil
Smartfonların ekranlarının yuxarı
hissəsində çıxıntı özəlliyi getdikcə daha da məşhurlaşır. OnePlus şirkətində də
buna diqqət ayırırlar. İlk öncə şirkətin direktoru bu cür özəlliyiin sevilməyi
barəsində tweet paylaşmışdı. Lakin daha sonra o öz tweet-ni silmiş və
bildirmişdir ki, OnePlus 6-da çıxıntı hissəsini deaktiv etmək mümkün olacaq.

“Mən
hələ də fikirləşirəm ki, ekranın potensialından maksimum dərəcədə istifadə etmək
lazımdır. Lakin biz istifadəçilərə seçim imkanını vermək istərdik. Yeni funksiya
sayəsində smartfonun vəziyyəti və bildirişlər sətrini tamamilə qara fona
çevirmək olacaq. Sözügedən funksiya OnePlus 6-nın satışa çıxmasından sonra
sistem yeniliyi kimi istifadəçilərə təqdim olunacaq” – deyə şirkətin direktoru
bildirib.

OnePlus bu cür addımı ekran üzərində çıxıntı sevməyən və standart
ekran tələb edən istifadəçilərin mənfi rəylərindən sonra atıb. Lakin bu haldan
məmnun olan istifadəçilər isə smartfon ekranından iPhone X-dəki kimi istifadə
edə biləcəklər. Çox güman ki, OnePlus 6 yaxın zamanda təqdim olunacaq. Belə ki,
şirkət artıq OnePlus 5T modelinin satışlarını dayandırıb.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
