
OnePlus 6-nın qiyməti və təqdimat tarixi barəsində yeni məlumatlar ortaya çıxdı
Elm & Texnologiya
02.04.2018
Emil
Gizmochina saytı öz mənbələrinə
istinadən yeni OnePlus modeli üçün qoruyucu keysin fotosunu paylaşıb. Bundan əlavə
olaraq o, smartfonun qiyməti və təqdimetmə tarixi barəsində məlumat da
paylaşıb. Təqdim olunmuş qoruyucu keysin arxasındakı kameralar üçün olan xüsusi
yer smartfonun daha əvvəlki sızdırılmış fotolarından kameraların və barmaq izi
skanının yerləşmə vəziyyətini təsdiq edir. Gizmochina-nın verdiyi məlumata əsasən
64 GB daxili yaddaşa sahib olacaq variant 523$-a, 128 GB daxili yaddaşa sahib
olacaq versiya 602$-a, 256 GB daxili yaddaşa sahib olacaq versiya isə 697$-a
satılacaq. Bundan əlavə olaraq bildirilib ki, smartfonun təqdimatı bir neçə həftədən
sonra baş tutacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
