main-post-cover

    OnePlus 6T dünyanın ən sürətli üç smartfonundan biri adına laiq görüldü

    30.10.2018
    Emil Nəcəfov
        OnePlus şirkətinin bu il ikinci flaqman smartfonu OnePlus 6T modeli dünən Nyu-Yorkda təqdim edilmişdi. Smartfon Snapdragon 845 prosessoru və 8 GB RAM ilə təchiz olunub. Bugün isə nüfuzlu AnTuTu bençmark saytı OnePlus 6T smartfonunun performansını qiymətləndirib. Beləliklə smartfon bençmark testində 298.000 xal toplayıb. Bundan əvvəlki testlərdə smartfon 297.000 xal toplayırdı. Əvvəlki ən güclü smartfonlar reytinqi göstərir ki, adi OnePlus 6 289.424 xal toplayırdı. Beləliklə OnePlus 6T bir qədər daha sürətlə çalışır və prosessora olan yüklənməni daha effektiv azaldır. Beləliklə bu smartfon bençmarkın növbəti ay olacaq reytinqində ilk üçlüyə daxil olur.

    Linki kopyala