OnePlus 6T'nin ilk rəsmi fotoları yayıldı

OnePlus 6T'nin ilk rəsmi fotoları yayıldı

Texnologiya
02.10.2018 PAYLAŞIM

    Məşhur insayder Roland Quandt OnePlus 6T flaqman modelinin ilk rəsmi fotolarını paylaşıb. Paylaşılmış fotolarda smartfon iki rəngdə əks olunub (Midnight BlackMirror Black). Əvvəlki məlumat sızıntılarından da göründüyü kimi yeni model ekran üzərində V şəkilli çıxıntı hissə ilə təchiz olunacaq. Həmin çıxıntı hissədə isə ön kamera yerləşdirilib. Bütün idarəetmə elementləri korpusda həmin yerlərdə qalacaqlar.


Bənzər xəbər


    Smartfonun arxa panelində ikili arxa kamera, işıqlandırma sistemi və şirkət loqosu yerləşir. Barmaq izi skanı isə smartfonun ekranına inteqrasiya olunacaq. Məlumatlara əsasən OnePlus 6T Full HD+ keyfiyyətli 6.4 inç AMOLED ekrana sahib olacaq. Smartfon Snapdragon 845 prosessoru, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş, 16 MP + 20 MP ikili arxa kamera və 3700 mAh enerji tutumlu batareya ilə təchz olunacaq. Təəssüflər olsun ki, yeni modeldə 3.5 mm-lik audiogiriş olmayacaq. Smartfonun bu ayın 17-i təqdim olunacağı gözlənilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..


Neyrointerfeys köməyi ilə fikir gücü sayəsində ekzoskelet idarəsini reallaşdırma..

Şimali Karolina Universitetinin tədqiqatçıları tərəfindən yaradılmış neyrointerfeysin effektiv çalış..

×