
OnePlus 6T'nin ilk rəsmi render fotosu təqdim olundu
Elm & Texnologiya
19.09.2018
Emil
Məşhur insayder Roland Quandt OnePlus 6T smartfonunun ilk rəsmi
render fotosunu və loqosunu paylaşıb. Paylaşılmış fotodan da görmək olar ki,
OnePlus 6 kimi OnePlus 6T də şüşədən hazırlanmış korpusa sahib olacaq. Bundan əlavə
olaraq smartfon ikili arxa kamera ilə təchiz olunacaq. Əvvəlki məlumatlarda
qeyd olunurdu ki, smartfon 3 arxa kameraya sahib olacaq. Lakin görünür, şirkət
bu fikirdən imtina edib. Roland Quandt-ın sözlərinə görə barmaq izi skanı
texnologiyası yeni smartfonda birbaşa ekrana inteqrasiya olunacaq. OnePlus 6-da
bu texnologiya smartfonun arxa panelində yerləşirdi.

Güman olunur ki, OnePlus
6T 2340x1080 piksel keyfiyyətli 6.4 inç AMOLED ekranla təchiz olunacaq və
ekranın üzərində V şəkilli çıxıntı hissə olacaq. Əsas texniki göstəricilərə gəldikdə
isə çox güman ki, smartfon Snapdragon 845 prosessoru, 6/8 GB RAM, 64/128/256 GB
daxili yaddaş və 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Təəssüflər
olsun ki, OnePlus 6T ənənəvi 3.5 mm-lik audiogirişdən məhrum olacaq. Smartfon
artıq gələn ayın əvvəlində təqdim olunmalıdır. Bəzi məlumatlara əsasən onun
qiyməti 569$ təşkil edəcək.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
