main-post-cover

    OnePlus 6T'nin keyfiyyətli real fotoları sızdırıldı

    24.09.2018
    Farid Pardashunas
        OnePlus şirkətinin yeni smartfon modeli olan OnePlus 6T-nin keyfiyyətli real fotoları Weibo sosial şəbəkəsində yayılıb. Fotolardan da görmək olar ki, yeni smartfon V şəkilli kiçik çıxıntı hissəyə, ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasına və nazik aşağı çərçivəyə sahib olacaq. Əks olunmuş fotolarda smartfonun Always-On-Display rejimində çalışdığı üçün çox güman ki, OnePlus 6T OLED ekranla təchiz olunacaq. Bu barədə əvvəlki məlumat sızıntılarında da qeyd olunurdu. Həmçinin smartfonun komplektində qoruyucu keys də olacaq. Mübahisəli məsələ isə smartfonun 3.5 mm-lik audiogirişdən məhrum olacağıdır. Belə ki, bir neçə müddət bundan öncə şirkət rəsmi olaraq bildirmişdi ki, yeni smartfonda həmin audiogiriş olmayacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər