OnePlus 6T'nin qiyməti və texniki göstəriciləri sızdırıldı

OnePlus 6T'nin qiyməti və texniki göstəriciləri sızdırıldı

Texnologiya
13.09.2018 PAYLAŞIM

    İnternetdə, hələ təqdim olunmamış OnePlus 6T smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bir neçə müddət bundan əvvəl artıq şirkət təsdiq etmişdi ki, yeni modeldə barmaq izi skanı tenxologiyası birbaşa ekrana inteqrasiya olunacaq. Bundan əlavə olaraq şirkət həmçinin yeni smartfon modelinin 11 Oktyabr tarixində təqdim olunacağına işarə etmişdi. İndi isə sözügedən smartfon online mağazalardan birinin saytında qeyd olunub. Həmin saytda smartfonun qiyməti və onun texniki göstəriciləri əks olunub. Giztop adlı mağazanın saytındakı məlumatlara əsasən OnePlus 6T 19:9 nisbətli 6.4 inç ekrana sahib olacaq. Ekranın üzərində isə V şəkilli çıxıntı hissə yerləşəcək. Keçmiş modellərdən fərqli olaraq OnePlus 6T 25 MP-lik ön kamera ilə təchiz olunacaq.


Bənzər xəbər


    Arxa paneldə isə üçlü arxa kamera yerləşəcək. Onlardan biri 20 MP, digəri 12 MP olacaq. Üçüncü kamera isə ToF modulu olacaq və onun sayəsində yaxşı işıqlandırılmamış mühitdə çəkilmiş fotoların keyfiyyətinin yüksəlməsini reallaşdırmaq mümkün olacaq. Əsas texniki göstəricilərə gəldikdə isə OnePlus 6T 8 nüvəli Snapdragon 845 prosessoru, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş və 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfon OxygenOS interfeysli Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 569$-a satılacaq. Təbii ki, bütün bu məlumatlar hələki rəsmi təsdiq tapmayıb. Buna görə də təqdim olunmuş məlumatlara bir qədər şübhə ilə yanaşmaq lazımdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×