OnePlus 6T'nin təqdimat tarixi və bəzi məlumatları şirkət tərəfindən təqdim olundu

OnePlus 6T'nin təqdimat tarixi və bəzi məlumatları şirkət tərəfindən təqdim olundu

Texnologiya
10.09.2018 PAYLAŞIM

    OnePlus şirkəti rəsmi olaraq OnePlus 6T flaqman smartfonu ətrafında gəzən şayiələrə fikir bildirdi. Şirkət rəsmiləri OnePlus 6-nın təkmilləşdirilmiş versiyası barəsində bəzi məlumatları verdilər və onun təqdimat tarixinə işarə etdilər. “Biz öz smartfonlarımızı gün ərzində dəfələrlə blokdan çıxardırıq. Ekrana inteqrasiya olunmuş barmaq izi skanı tenxologiyası isə bu prosesi etməkdə lazım olan addımları minimuma endirəcək. Bu funksiyanı Face Unlock kimi digər identifikasiya özəllikləıri arasına daxil edəcəyik. Beləliklə istifadəçi özünə rahat olan üsuldan istifadə edə biləcək” – deyə şirkət rəsmiləri bildiriblər. Onlar həmçinin qeyd ediblər ki, barmaq izi skanı texnologiyasının ekrana inteqrasiya olunması səbəbilə yeni smartfonun daxili komponentlərinin yerləri bir qədər dəyişib. Buna görə də OnePlus 6T modeli adi versiyadan 0.45 mm daha qalın olacaq. OnePlus 6T-nin 17 Oktyabr tarixində təqdim olunacağı güman edilir.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..


SpaceX-in Crew Dragon kosmik aparatı avtopilot sistemindən uğurla istifadə edib ..

NASA agentliyi SpaceX-in kosmik aparatının tam avtonom rejimdə BKS (Beynəlxalq Kosmik Stansiya) modu..


Starlink peyk internetinin sürəti 2 dəfə yüksəlib

SpaceX-in Starlink peyk internetinin istifadəçiləri məlumatların ötürülmə sürətinin artdığını bildir..


Mühəndislər 5G vasitəsilə havadan elektrik enerjisi yığan xüsusi cihaz hazırlayı..

Corciya Texnologiya İnstitutunun mühəndisləri 5G şəbəkəsinin əsasında naqilsiz şarj texnologiyasını ..

×