OnePlus 7-nin keyfiyyətli render fotoları təqdim olundu

OnePlus 7-nin keyfiyyətli render fotoları təqdim olundu

Texnologiya
04.03.2019 PAYLAŞIM

    OnLeaks ləqəbi ilə tanınan məşhur insayder Pricebaba adlı saytla birlikdə OnePlus 7 flaqman smartfonunun keyfiyyətli render fotolarını yaradıb. Bu barədə Gagadget saytı xəbər verib. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, smartfon slayder formatında hazırlanacaq. Lakin təqdim olunmuş render fotolarından belə qənaətə gəlmək olar ki, bu belə olmayacaq. Təqdim olunmuş render fotolarından da görmək olar ki, OnePlus 7 smartfonu xarici görünüşcə OnePlus 6T modelini xatırladacaq. Yəni smartfon küncləri əyilmiş formada şüşə gövdəyə sahib olacaq.


Bənzər xəbər


    OnePlus 7-nin ekranında heç bir çıxıntı hissə olmayacaq. Bunun yerinə smartfonun ön kamerası gövdənin yuxarı hissəsinin daxilinə yerləşdiriləcək. Smartfonun arxa panelində LED işıqlandırma sisteminə sahib üçlü kamera yerləşdiriləcək. Aşağı hissədə isə USB-C girişi olacaq. Son məlumat sızıntılarına əsasən OnePlus 7 smartfonu 6.5 düym ekran, Snapdragon 855 prosessoru, 6/8/10 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 3700 mAh enerji tutumlu batareya və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Artıq təsdiq olunmuş məlumatdan məlumdur ki, OnePlus 7 modeli naqilsiz şarj texnologiyasına sahib olmayacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Starlink peyk internetinin sürəti genişzolaqlı şəbəkənin sürətinə çatıb..

Peyk interneti çox zaman kəndlərdə yaşayan insanlar üçün şəbəkəyə çıxışın yeganə variantıdır...


Yeni smartfonlarda niyə qulaqlıq girişi yoxdur?

Smartfon istehsalı hər 3-4 ildə bir inqilabi dəyişiklik keçirir. Son illərdə baş verən ən böyük dəyi..


Elon Musk Super Heavy raketinin Raptor mühərriklərini sərgiləyib

Elon Musk SpaceX şirkətinin çoxistifadəli Super Heavy ağır raketinin Raptor mühərriklərini sərgiləyi..


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..

×