
OnePlus 7 smartfonunun render fotoları təqdim olunub
Elm & Texnologiya
14.01.2019
Emil
Məşhur konsept dizayner Ben Geskin, OnePlus 7 flaqman smartfonunun render fotolarını paylaşıb. Sözügedən render fotolar smartfon barəsində ortaya çıxmış bir sıra məlumatlar əsasında hazırlanıb. Beləliklə render fotolardan da belə qənaətə gəlmək olar ki, OnePlus 7 flaqman smartfonu slayder formatında hazırlanacaq və Xiaomi Mi Mix 3-ə bənzəyəcək.

Təəssüflər olsun ki, OnePlus 7 haqqında o qədər də çox məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, şirkətin yeni smartfonu Snapdragon 855 prosessoru və 6/8/10 GB RAM ilə təchiz olunacaq. Bununla yanaşı smartfon ikili və ya üçlü arxa kameraya və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahib ola bilər. Güman edilir ki, OnePlus 7 smartfonu bu ilin ikinci yarısında təqdim ediləcək.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
