OnePlus 8-in real fotoları təqdimatdan 6 ay öncə sızdırıldı

OnePlus 8-in real fotoları təqdimatdan 6 ay öncə sızdırıldı

Texnologiya
11.11.2019 PAYLAŞIM

    Gələn ilin yaz fəslində OnePlus şirkəti OnePlus 8 OnePlus 8 Pro smartfonlarını təqdim etməlidir. Lakin artıq indidən sözügedən smartfonlardan birinin real fotoları ortaya çıxıb. Çox güman ki, ortaya çıxmış fotolar smartfonun işlək prototipinə aiddirlər. Bu barədə Slashleaks saytı xəbər verib. Ortaya çıxmış fotolarda əks olunmuş smartfon qradient rəngə və kənarları əyilmiş ekrana sahibdir.


    Bununla yanaşı smartfon ikili ön kamera ilə təchiz olunub və o, ekran üzərində yerləşdirilib (Galaxy S10+ modelindəki kimi). Arxa kameralar isə şaquli formada yerləşdiriliblər. Çox güman ki, bu, dördlü arxa kameradır. Bununla yanaşı smartfonun arxa panelində OnePlus 5G yazısı əks olunub. Bu isə o deməkdir ki, gələn ilki flaqman smartfon 5G şəbəkə dəstəyini əldə edəcək.

    Qeyd etmək lazımdır ki, ortaya çıxmış real fotolardakı cihaz bir neçə müddət bundan öncə OnLeaks ləqəbi ilə tanınan məşhur insayder tərəfindən təqdim edilmiş render fotolarındakı cihazdan fərqlənir. Belə ki, insayder tərəfindən təqdim edilmiş render fotolarındakı smartfon bir ədəd ön kameraya sahib idi və onun dördüncü arxa kamerası digər üç kameradan ayrı yerləşirdi. Buna görə də belə qənaətə gəlmək olar ki, real fotoları sızdırılmış smartfon ya OnePlus 8 Pro ya da 5G dəstəkli xüsusi OnePlus modelidir.



DAHA ÇOX


Apple Vision Pro-nun batareya həcmi barəsində yeni məlumat ortaya çıxıb

Vision Pro-nun təqdimatı zamanı Apple şirkəti ənənəyə sadiq qalaraq cihazın texniki göstəricilərinə ..


Acer Nitro XV272URV adlı gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer şirkəti Nitro XV272URV adlı yeni gaming monitorunu təqdim edib.


Apple investorları Vision Pro-dan razı qalıblar

Apple Vision Pro-nun təqdimatından öncə o, investorları o qədər də maraqlandırmırdı.


İnternetdən xəbərsiz milyonlarla insan: Şimali Koreyada internetdən istifadə təc..

Cənubi Koreyanın People for Successful Corean Reunification (Pscore) adlı insan hüquqları təşkilatı ..


Mark Zuckerberg Apple Vision Pro-nu tənqid edib

Apple şirkəıtinin təqdim etmiş olduğu Vision Pro adlı qarışıq reallıq cihazı Meta-nın CEO-su Mark Zu..


Huawei 3-cü səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə veriləcəyini açıq..

Huawei şirkətinin istehlakçı biznesi şöbəsinin rəhbəri Yu Chengdong 3-cü səviyyəli (L3) avtopilot si..

×