main-post-cover

    OnePlus 8 Pro-nun bəzi texniki özəllikləri bençmark saytında ortaya çıxdı

    Elm & Texnologiya
    23.03.2020
    Farid Pardashunas
        OnePlus şirkətinin yeni smartfon seriyasına daxil olacaq cihazlardan biri olacaq OnePlus 8 Pro modeli Al Benchmark adlı bençmark saytında ortaya çıxıb. Beləliklə sözügedən saytda bu smartfonun bir sıra texniki özəllikləri təqdim olunub. Bu barədə Gizchina saytı xəbər verib. Al Benchmark saytında olan məlumatlara əsasən OnePlus 8 Pro smartfonu Snapdragon 865 prosessoru. 12 GB RAM və Android 10 əməliyyat sistemi ilə təchiz olunacaq. Süni zəka performansı testində OnePlus 8 Pro smartfonu 33.480 xal toplayaraq reytinqdə 22-ci yeri tutub.
        Maraqlısı ondadır ki, Xiaomi Mi 10, Huawei nova 5i Pro, Huawei nova 5Honor 9X smartfonları OnePlus 8 Pro-dan yuxarı pillələrdə qərarlaşırlar. Son məlumat sızıntılarına əsasən OnePlus 8 Pro modeli 120 Hz-lik təsvir yenilənməli 6.65 düym AMOLED ekran, 5G modem, 48 MP-lik arxa kamera, 50 vatt gücündə sürətli naqilli və 30 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bir sıra insayderlərin verdikləri məlumata əsasən OnePlus 8 smartfon seriyası 15 aprel tarixində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər