main-post-cover

    OnePlus 8 smartfon seriyasının dəqiq təqdimat tarixi barəsində məlumat verildi

    Elm & Texnologiya
    14.03.2020
    Farid Pardashunas
        OnePlus 8 smartfon seriyası barəsində olmuş bir çox məlumat sızıntısından sonra nüfuzlu alman insayder olan Max J. sözügedən smartfon seriyasının dəqiq təqdimat tarixi barəsində məlumat verib. Bu barədə Winfuture saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən OnePlus şirkəti özünün yeni OnePlus 8 smartfon seriyasının təqdimatını 15 aprel tarixində keçirdəcək.
        Bu isə öz növbəsində şirkətin bu ilki təqdimat tədbirini may ayından aprel ayına keçirtməsi məlumatını təsdiqləyir. Məlumatda qeyd edilib ki, hal hazırda bütün dünyada yayılan koronavirus səbəbilə OnePlus şirkəti yeni flaqman smartfon modellərini online təqdimat formatında keçirdəcək. Bununla yanaşı çox güman ki, gələn ay təqdim olunacaq smartfonlar arasında yalnız OnePlus 8 və OnePlus 8 Pro modelləri olacaq. Bu halda OnePlus 8 Lite smartfon modelinin təqdimatı bir neçə aydan sonra baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər